Norveçin ən zəngin iş adamlarından olan Tom Haginin arvadı Elizabet Folkevik-Hagin qaçırılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qadın dekabrın 31-də evindən qaçırılıb. Binada kamera sistemi olmadığından qaçıranların kimliyini müəyyən etmək mümkün olmayıb. Polis qadının hamamda olarkən qaçırıldığını ehtimal edir.
Ötən həftə milyonçunun arvadını qaçıranlar onu hədələyərək, arvadı qarşılığında 9 milyon avro dəyərində kriptovalyuta tələb ediblər.
Norveç polisi isə ailəyə qaçıran şəxslərin şərtlərini yerinə yetirməməyi məsləhət görüb.