MİLYONÇU İLƏ AİLƏ QURAN ŞEYMA SUBAŞI: “KÖMƏYƏ EHTİYACIM VAR”-VİDEO

MİLYONÇU İLƏ AİLƏ QURAN ŞEYMA SUBAŞI: “KÖMƏYƏ EHTİYACIM VAR”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daim molyonçu həyat yoldaşları ilə gündəmə gələn türkiyəli model Şeyma Subaşı tətildə çəkdirdiyi şəkilləri İnstaqramda paylaşacaq işçi axtarır.

Tribunainfo.az xəbər verir ki, bu barədə model İnstaqram səhifəsində məlumat paylaşıb. Şeyma Subaşı yayımladığı videoda bildirib ki, köməyə ehtiyacı var:

“Sosial media hesablarımı işlədəcək, nəzarət edəcək, şəkillərimi paylaşacaq birinə ehtiyacım var. Belə bir işçim olmayıb heç vaxt. Ona görə də kimdən kömək istəyəcəyimi bilmirəm. Mənimçün bu işləri görə biləcək biri olsa sevinərəm. Hazırda həqiqətən də köməyə ehtiyacım var”.

Xatırladaq ki, model əvvəl məşhur teleaparıcı və milyonçu Acun Ilıcalı ilə evli olub, onların bir qızı var. Yaxınlarda isə Ş.Subaşı misirli milyonçu Mohammed Alsaloussi ilə ailə qurub.