Nüvə silahına sahib olan ölkələr dünyanı məhv edəcək.
Nüvə silahına sahib olan ölkələr dünyanı məhv edəcək.
Son günlərdə Koreya yarımadasında baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında yaşanan nüvə münaqişəsi bütün ölkələri narahat etməyə başlayıb.
TİA.AZ publika.az-a istinadən bu dəhşətli silah ətrafında yürüdülən siyasətin bəzi maraqlı detallarını təqdim edir:
Nüvə klubu – nüvə silahına malik olan dövlətlərın qeyri-rəsmi adıdır. Bu qrupun ilk üzvü ABŞ olub. 1945-ci ilin iyun ayında ABŞ birinci atom bombasını partlatdı. Amerikanın atom layihəsinin atası hesab olunan Robert Oppenqeymer atomu izah etmək üçün hind filosof Bxavaqatkidən sitat gətirib: “Əgər səmada yüz minlərlə günəş eyni anda çıxsaydı, onların işığı Tanrının şəfəqinə bərabər ola bilərdi… Mən – dünyanı dağıdacaq ölüməm”.
Amerikadan sonra SSRİ, Böyük Britaniya, Fransa və Çin Xalq Respublikası müvafiq ardıcıllıqla 1949, 1952, 1960, 1964 illərdə atom arsenalına sahib oldu. Bu beş dövlət “nüvə klubu”nun əsasını təşkil edib. 1970-ci ildə dünya ölkələrinin nüvə silahının yayılmasının qarşısını almaq üçün imzaladığı müqavilədən sonra “nüvə klubuna” giriş qadağan olundu.
Nüvə silahının yayılmasının qarşısını almaq üçün hazırlanan müqaviləyə İsrail, Hindistan, Koreya Xalq Demokratik Respublikası və Pakistan imza atmayıb. Hindistan ilk dəfə 1974-cü ildə nüvə silahını gizli sınaqdan keçirdi. 1998-ci ildə isə artıq açıq şəkildə nüvə silahına sahib olduğunu bildirdi. Həmin il Hindistanın rəqibi hesab olunan Pakistan da atom bombasını sınaqdan keçirmişdi. Şimali Koreya isə nüvə silahına 2006-cı ildə sahib oldu. Hindistan nüvə silahı vasitəsilə özünü Çindən müdafiə etməyə çalışırdı. Beləliklə müvafiq olaraq Pakistan Hindistandan, Şimali Koreya isə bütün ölkələrdən, xüsusilə də ABŞ-dan müdafiə olunmaq üçün nüvə silahına sahiblənib.
Bu ölkələr içərisində təkcə İsrail nüvə silahının olduğunu təsdiq etməsə də, ekspertlər praktiki olaraq İsraildə atom bombasının olduğuna əmindirlər.
Cənubi Afrika Respublikası (CAR) 1991-ci ildən nüvə proqramından imtina etmişdi. Lakin ölkənin hərbi nüvə proqramları dəyişik vaxtlarda İsveçdə, Braziliyada, İsveçrədə və Misirdə mövcud olub. İran dəfələrlə nüvə silahını istehsal etmək cəhdində ittiham olunsa da, İslam Respublikası təkid edir ki, onların tədqiqat proqramı həmişə sülh məqsədli olub.
Niyə Koreya Xalq Demokratik Respublikası, Hindistan, İsrail və Pakistan rəsmi “nüvə klubuna” daxil olmur?
Çünki dünya ölkələri adil davranmır. Nüvə silahına ilk olaraq sahib olan ölkələr bu sahədə özlərinə söz haqqı tanıyıb. Digər tərəfdən onlarda siyasi rejimin sabitliyi nüvə silahının terror qruplaşmalarının əlinə keçmə ehtimalını xeyli azaldır. Sovet ittifaqı zamanında bu məsələ demək olar ki, bütün ölkələri narahat edirdi. Lakin sonra bütün ölkələri narahat edən atom arsenalı SSRİ-nin varisi olan Rusiyaya çatdı.
Hansı növ nüvə silahları var?
Ümumilikdə bütün nüvə silahları iki böyük qrupa bölünür: ağır nüvə silahları qamma şüaları, neytronlar, elektronlar və daha bir neçə atomaltı zərrəciklərdən ibarətdir. Bunların gücü partlama zamanı U-235, Pu-239 ağır kimyəvi elementlərin gücünə bərabərdir. Digər növ isə yüngül elementlərin nüvə sintezinin reaksiyası zamanı daha ağır və təhlükəli kütlə formalaşdırır. Partlayan qaz kütləsinin diametri böyüyür və ətrafa müxtəlif şüalar yayılır. Hazırda rəsmi və qeyri-rəsmi “nüvə klubu” üzvləri olan ölkələr ikinci növ dağıdıcı istilik-nüvə silahına malikdirlər.
Nüvə arsenallarının həcminə görə ən çox döyüş başlıqları Rusiyanın payına düşür – 7290.
İkinci yerdə 7 min döyüş başlığı ilə ABŞ gəlir. Amma ordu sayına görə döyüş başlığı amerikalılarda 1930, Rusiyada 1790 olaraq qeydə alınıb. Daha sonra ardıcıl olaraq Fransa 300, Çin 260, Böyük Britaniya 215, Pakistan 130, Hindistan 120, Şimali Koreya isə 10 ədəd nüvə başlığı ilə siyahını tamamlayır.
Bombanın effektivliyini artırmaq üçün hansı səviyyədə U235 kimyəvi elementindən istifadə olunmalıdır?
Minimum 20% kimyəvi element lazımdır, lakin bu halda belə o qədər yüksək nəticələr vermir. Bombanı mükəmməl partlama gücünə çatdırmaq üçün yüzlərlə kiloqram uran kimyəvi elementindən istifadə edilməlidir. Kimyəvi silahın demək olar ki, 85%-i “U235” elementi ilə zənginləşdirilə bilir.
Nüvə texnologiyalarının riski nə dərəcədir?
Kifayət qədər böyükdür. Ən böyük risk isə Pakistandandır. MAQATE-nin başçısı el-Baradey Pakistanı “nüvə supermarketi” adlandırıb. 2004-cü ildə məlum olmuşdu ki, nüvə silahının hazırlaması üzrə proqram rəhbəri Əbdül Qədir Xan nüvə texnologiyasını hara gıldi satıb. Xüsusilə də, Liviyaya, İrana və Koreya Xalq Demokratik Respublikasına. Son illərdə Pakistanın nüvə arsenalında təhlükəsizlik ciddi şəkildə gücləndirilmişdi. İŞİD Rusiyanı şəxsi nüvə silahı istehsalı ilə bağlı pakistanlı alimləri və hərbiçiləri satın almaqla hədələmişdi. Bu risk hələ də qüvvədədir. Əgər İslamabadda texnoloqlara nəzarət etmək olursa, Pxenyanda bu artıq mümkün deyil.
Şimali Koreyanın raketləri hara atıla bilər?
Hazırki vəziyyətdə bu suala cavab vermək olduqca çətindir. Cənubi Koreya və Yaponiyanın sahib olduğu ballistik raketlər hədəfi dəqiq vurmaq gücündədir. Rəsmi Pxenyan da bildirir ki, onun raketləri düşməni Yer kürəsinin istənilən nöqtəsində məhv edə biləcək gücə malikdir. Bu məlumat eskpertləri təəccübləndirib. Hətta peykin müvəffəqiyyətlə orbitə buraxılması da onu deməyə əsas vermir ki, Şimali Koreya raketləri Amerika sahillərində böyük hədəfləri dəqiqliklə vura bilər.
Ancaq 2016-cı ilin oktyabrında keçirilən paradda “Xvason-13” və KN-08/KN-14 raketlərinin nümayişi onu göstərir ki, Pxenyan həqiqətən də qitələrarası ballistik raketin istehsalının astanasındadır. İstisna olunmur ki, son yarım ildə bu proses bəlkə də başa çatıb.