ABŞ-nin Virciniya ştatında milyarderlər üçün tikilən və 2026-cı ildə açılması planlaşdırılan “Aerie” adlı qiyamət sığınacağının süni intellekt vasitəsilə hazırlanmış görüntüləri yayılıb.
“AzPolitika” xəbər verir ki. SAFE (Strategically Armored & Fortified Environments) şirkəti tərəfindən hazırlanmış 300 milyon dollarlıq layihə imkanlı şəxslərə lüks yaşayış və təhlükəsiz yaşam təklif edir. Yerin 200 metr altın yerləşən sığınacağın 625 nəfər üçün nəzərdə tutulduğu bildirilir.
Məlumata görə, sığınacaqda qalmaq üçün 20 milyon dollar vəsait ödəmək lazımdır. Həmçinin qeyd olunur ki, sığınacaqda qalmaq üçün üzvlərin xüsusi dəvətnamələrə sahib olmaları mütləqdir.
Bildirilir ki, bunkerdəki təhlükəsizlik standartları hətta dünya liderlərinin mühafizə tədbirlərini belə üstələyir. Partlayışa davamlı divarlar, ballistik şüşələr, biometrik autentifikasiya sistemləri və daxili bərkidilmiş liftlərlə bunker sakinlərinin bütün təhlükəsizliyi əvvəlcədən nəzərə alınıb.
Bundan əlavə, sığınacaqda üzgüçülük hovuzları, boulinq meydançaları, masaj otaqları və bu kimi digər xidmət yerləri də mövcuddur. Bütün bunlar sığınacaq sakinlərinə sanki yerin üstündəymiş kimi həyat vermək üçün nəzərdə tutulub.
Bildirilir ki, “SAFE” şirkəti gələcəkdə dünyanın müxtəlif yerlərində 1000 yeraltı sığınacaq tikməyi planlaşdırır.