“MİLLİYET”DƏN İDDİA: YENİ MƏRKƏZ BƏRDƏDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK?

“MİLLİYET”DƏN İDDİA: YENİ MƏRKƏZ BƏRDƏDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məlum olduğu kimi, Türkiyə Böyük Millət Məclisi dünən Prezident Admnistrasiyasının təqdim etdiyi qanun layihəsini qəbul edib. TİA.AZ xəbər verir ki, həmin qanun layihəsi Türkiyə Ordusunun Azərbaycana gəlişi və Qarabağ bölgəsində yaradılacaq Atəşkəsə Nəzarət Birgə Mərkəzində təmsil olunmasını əhatə edir.
Qeyd edək ki, Rusiya ilə birgə yaradılan Mərkəzin harada yerləşməsi məsələsi Azərbaycanın səlahiyyətinə verilib. TİA.AZ bildirir ki, Türkiyənin “Milliyet” qəzetinə bununla bağlı diqqətçəkn məlumat yayıb.
Qəzet iddia edir ki, yeni Mərkəz Bərdə şəhərində fəaliyyət göstərəcək. Və bunu belə əsaslandırıb ki, Bərdə şəhəri Qarabağ bölgəsinə ən yaxın ərazi hesab olunur və tərəflərin razılaşması əsasında belə bir qərar qəbul edilib.
Bildirək ki, Azərbaycan tərəfi bununla bağlı hər hansı açıqla verməyib. Ümumiyyətlə, yeni Mərkəzin konkret olaraq harada fəaliyyət göstərəcəyi ilə bağlı da konkret fikir yoxdur. Bəzi mənbələr Şuşa şəhərini, bəziləri isə Mərkəzin Xankəndində qurulacağını bildirir. Lakin bununla bağlı, qəti razılaşmanın olub, olmadığı məlum deyil.