“MilliÖn”lərin işləməməsi xəbəri ilə bağlı AÇIQLAMA (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saat 18.40 radələrindən etibarən Bakının Nərimanov, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Xəzər, Səbail, Suraxanı və Qaradağ rayonlarında “MilliÖn”ödəniş terminallarında problemlər yaşanır. 

TİA.AZ bildirir ki, BakıMetropoliteninin stansiyalarında, habelə ticarət obyektlərində quraşdırılmış “MilliÖn” terminallarında da kommunal xərclərlə bağlı ödənişlər etmək mümkün deyil.

Bu problem”E-manat” ödəniş terminallarında da yaşanır.

Məsələ ilə bağlı BAKU.WS “MilliÖn”lə əlaqə saxlayıb. Bildirilib ki, ödəniş terminallarında ciddi problem olmayıb.
 
“Sadəcə ötən gün axşam saatlarında mobil operatorlardan birinin ödənişində müəyyən problemlər oldu və dərhal həll edildi. Bu barədə də bizə heç bir şikayət daxil olmayıb. Hazırda hər şey qaydasındadır”, – deyə “MilliÖn”dən bildirilib.