Sosial şəbəkə istifadəçisi Mahir Mədətov MilliÖn Ödəmə Sistemlərindən şikayətini bildirir.
Sosial şəbəkə istifadəçisi Mahir Mədətov MilliÖn Ödəmə Sistemlərindən şikayətini bildirir.
TİA.AZ xəbər verir ki, M. Mədətovun şikayəti ödəmə sistemini tənqid etdiyinə görə ona qoyulan qadağa ilə bağlıdır:
“Əgər Marketinq departamentindən və ya SMM-dən kimsə varsa, açıqlama gətirsin. Ötən həftə bu məlumatı öz lövhəmdə paylaşıb, tənqid yazmışdım. Səhərisi görürəm ki, səhifədən istifadəmə qadağa qoyublar. Hansı əsasla bunu ediblər, izah edə bilərsiniz? Burada təhqir, əsassız şərh və ya antireklam var? Fontunuz sanki yolaverdi halda paintdə yazılıb. Mən də tənqid etmişəm ki, belə böyük şirkətə yaraşdırmadım, deyəsən dizayner yoxdur, dizaynerə ehtiyac var. Amma SMM-i heç bir irad bildirimədən mənim istifadəmiə qadağa qoyub. Tənqidə açıq deyilsiniz? Səhifəmə yazardınız “zəhmət olmasa etik normalara riayət edin”, hərçənd ki, qeyri-etik heç nə yoxdur. MilliÖn-ün əməkdaşlarından açıqlama və qadağanın aradan qaldırmalarını gözləyirəm”.
İlahə