MİLLİMİZİN YEGANƏ TƏSƏLLİSİ: VURULAN 1 QOLbackend

MİLLİMİZİN YEGANƏ TƏSƏLLİSİ: VURULAN 1 QOL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə milli komandamız bizi təəcübləndirməyərək, “qara oyunlar seriyası”na daha bir oyunu əlavə etdi. Qapısında nə az, nə çox düz 5 cavabsız top gördü. Təsəlli kimi onu qeyd edə bilərəm ki, bəlkə də bir çoxları inanmayacaq, topa sahib olma faizində millimiz skandinavlardan üstün oldu. İş orasındadır ki, topa daha çox sahib olmaq “qarın doyurmur”. “Qarın doyuran” qoldur, onunda örnəyini isveçlilər bizi beş dəfə mərkəzə dəvət edərək göstərdilər. Avro-2024-ün ilk iki oyununda öz qapısında 9 top görən millimiz bu toplardan cəmi birinin əvəzini çıxa bilib. Bu iki oyunun nəticəsindən sonra ən çox qol buraxan komandalar arasında 2-ci yerdə qərarlaşırıq. Bu baxımdan təkcə Lixtenşteyn millisindən geri qalırıq. Müqayisə üçün onuda qeyd edim ki, FİFA-nın reytinq sıralamasında 200-cü yerdə olan Cəbəllütariq qapısında 6 qol, 167-ci yerdə qərarlaşan Malta millisi isə qapısında 4 qol görüb.

Millimizin baş məşqçisinin oyundan əvvəl açıqlamasını yada salmaq istərdim: “İsveçlə matçda ən yaxşı oyunumuzu göstərməliyik. Öz yolumuzla getməyə davam edəcəyik”. Ən yaxşı oyun? Ən yaxşı oyun 5-0 məğlubiyyətdirsə adam heç pis oyunu belə fikirləşmək istəmir.

Daha bir məqam isə heyətdə olan milliləşdirilmiş futbolçulardır. Milliləşdirilmiş oyunçular ilə belə nəticələr alırıqsa, yerli gənc oyunçularımıza şans vermək daha yaxşı olardı. Məğlub olsaq belə ən azından gənc oyunçularımız təcrübə qazanmış olacaq. Necə deyərlər “uşaq yıxıla-yıxıla böyüyər”. Belə oyunlar sayəsində gənc oyunçularımız daha da inkşaf edib, nəhəng klubların maraq dairəsinə düşə bilər.

Nihat Kərimli
Tribunainfo.az