Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində ötən gün Şotlandiyaya qarşı keçirdiyi oyundan sonra dava düşüb.
Tribunainfo.az Sport1.az saytına istinadən xəbər verir ki, buna səbəb şotlandların qapıçısı və müdafiəçisinin millimizin ehtiyat oyunçular skamyasına tərəf gələrək qeyri-etik jestlə sevinməsi olub.
Final fitindən sonra “Sabah”ın üzvü Xəyal Əliyev buna görə onların üzərinə hücum çəkib. Digər futbolçuların müdaxiləsindən sonra isə ara sakitləşib. Amma sakitləşməyən X.Əliyev “Dalğa Arena”nın pəncərələrindən birinin şüşəsini sındırıb.
Qeyd edək ki, Xəyal Əliyev matçda 2 qolla yadda qalıb və qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Həmin görüntüləri təqdim edirik: