Millimizin futbolçusu Türkiyə klubundan ayrıldı

Millimizin futbolçusu Türkiyə klubundan ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin “Çorum” klubundan ayrılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, C.Diniyev “Çorum”a bu ilin fevralında keçmişdi.