DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi San-Marino yığmasını qəbul edib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi San-Marino yığmasını qəbul edib.
TİA.AZ-ın məlumatına görə, oyunda ilk qolu meydan sahibləri vurublar. Oyunun 20-ci dəqiqəsində Əfran İsmayılov hesabı açıb. 5 dəqiqə sonra Araz Abdullayev millimizin ikinci qolunu vurub.
57-ci dəqiqədə Əfran İsmayılov dubl edib – 3-0. Oyunun 71-ci dəqiqəsində qonaqların oyunçusu Mişel Kevoli avtoqola imza atıb. 74-cü dəqiqədə San-Marino Mirko Palazzinin qolu ilə hesab arasındakı fərqi azaldıb.
81-ci dəqiqədə Rəşad Sadıxov cərimə zəribəsində gözəl qol vurub. Bu, matçda sonuncu qol olub – 5:1.
Beləliklə, komandamız C qrupunda 8 oyundan 10 xalla 3-cü pilləyə yüksəlib.