Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb.
Tribunainfo.az-ın məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu yığma Ermənistan komandası ilə üz-üzə gəlib.
Cəbəllütariqdə gerçəkləşən qarşılaşma millimizin qələbəsi ilə bitib – 86:59.
U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.