Bu gün milli komandamız 2017-ci ildə ilk oyununu keçirəcək.
Bu gün milli komandamız 2017-ci ildə ilk oyununu keçirəcək.
TİA.AZ xəbər verir ki, yığmamız Qətər millisi ilə qarşılaşacaq. Millimiz üçün Asiya təmsilçisi ilə yoldaşlıq oyunu Almaniya ilə qarşılaşma öncəsi son sınaq hesab olunur. Lakin Prosineçki almaniyalılar önünə çıxaracağı heyəti iş başında görmək imkanından məhrumdu. Çünki Dohada Azərbaycan millisindən daha çox, Premyer Liqa yığmasını görə biləcəyik. Yəni xorvatiyalı mütəxəssis ölkə xaricində çıxış edən oyunçularımızın xidmətindən yararlana bilməyəcək.
Çünki martın 9-dakı qarşılaşma FİFA-nın oyunlar üçün rəsmi pəncərəsinə daxil deyil. Buna baxmayaraq, qarşılaşma qurumun rəsmi matçlar reyestrinə salınıb. Bu da o anlama gəlir ki, matç reytinqdə də nəzərə alınacaq.
İkinci dəfə qarşılaşacağımız Qətərlə ilk duelimiz 2013-cü il mayın 29-da baş tutub. Maraqlıdı ki, onda da görüş eyni məkanda keçirilib. Yenidən Dohanın “Əl Sadd” stadionunda üz-üzə gələcək rəqiblərin həmin matçı 1:1 hesabı ilə başa çatmışdı.
Qeyd edək ki, Qətər – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. (apasport)
Yoldaşlıq oyunu
9 mart
20:00. Qətər – Azərbaycan
Doha. “Əl-Sadd” stadionu