Millimiz 6 ildən sonra Tofiq Bəhramov stadionunda oynayacaq

Millimiz 6 ildən sonra Tofiq Bəhramov stadionunda oynayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya seçməsi ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

Tribunainfo.az AFFA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, F qrupunda yer alan Azərbaycan millisi ilk üç oyunda 1 xal toplayıb. Canni De Byazinin yetirmələri I turda səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olub.

Xatırladaq ki, millimiz sonuncu dəfə 2017-ci il iyunun 11-də sözügedən stadionda meydana çıxmışdı. DÇ-2018-in seçmə mərhələ oyunu çərçivəsində təşkil olunmuş matçda komanda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzmuşdu.