MİLLİ VALYUTALARI KİM ÇÖKDÜRÜR…? “TÜRKİYƏ İLƏ DƏ BELƏ OLACAQ” – EKSPERTbackend

MİLLİ VALYUTALARI KİM ÇÖKDÜRÜR…? “TÜRKİYƏ İLƏ DƏ BELƏ OLACAQ” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsayder fırıldaqçılığı ilə milli valyutaların çökdürülməsi ən yeni tarixdə ölkələrə qarşı geniş istifadə olunan hibrid alətlərdən biridir və bu fırıldaqçılığın müəllifi Sorosdur. Müxtəlif illərdə ölkələrin milli valyutaları çökdürülüb.

Tribunainfo.az xəbər verir ki, bu barədə politoloq Yeganə Hacıyeva yazıb. O bildirib ki, dünyaca nüfuzlu iqtisadi mərkəzlərin hamısında tədris olunan kitablarda bu haqda geniş məlumatlar var:

“1992-ci ildə Böyük Britaniyanın milli valyutası, 1992 ci ildə Tailand milli valyutası baht, 1997-98-ci illərdə Asiya maliyyə böhranı zamanı hər ay bir ölkənin milli valyutası çökdürülürdü. 1998-ci ildə Rusiya rublu çökdürüldü. Bu hallarda birjada məzənə sıçrayışları əməliyyatlarından bir gündə milyardlar qazanılır. Bu “birja əməliyyatlarının” əslində isə öz adı ilə çağırsaq insayder fırıldaqçılığının – hamısında “maliyyə məsləhəti” Sorosun şəbəkəsinə bağlı insayder şirkətlərindən gəlmişdi.


Hökumətlər isə öz sıralarındakı Sorosla gizli və ya açıq əməkdaşlıq edən kadrların israrı ilə bu məsləhətlərə qulaq asmışdılar.
Amma bunların hamısını birləşdirən bir məqam var: Nəticədə hökümətlər dayanıqlı və sabit valyuta siyasətini yeritməyin, milli valyutalarını gücləndirməyin yollarını öyrəndilər. Türkiyə ilə də belə olacaq”.