Milli Türk musiqisi mıhv olmaq üzrədir – Orxan Gencebay
Türkiyənin möhtəşəm səslərindən hesab edilən Orxan Gencebay Türk musiqisini tənqid edib.
Tribunainfo.az xəbər verir ki, O.Gencebay son illər milli musiqinin bərbad vəziyyətə düşdüyünü bildirib. O qeyd edib ki, yerli və milli musiqimiz zərbə altındadır:
“Aydın görünür ki, musiqimiz böyük zərbə alıb. Bunun əsas səbəbi istehsalçıların maddiyatı əsas götürmələridir. Məhv olmaq üzrə olan milli musiqimizin özünə gəlməsi üçün önəmli işlər görmək lazımdır. Həmçinin yeni və müasir fikirlərə ehtiyacımız var”.