Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən həlak olmuş ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən xidməti vəzifələrini layiqincə yerinə yetirən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvləri – kapitan İqor İvanoviç Kşnyakin, pilot Aleksandr Georgiyeviç Kalyaninov, bələdçi Hökumə Cəlil qızı Əliyeva ölümlərindən sonra bu fəxri ada layiq görülüb.
Dövlət başçısının bu sərəncamından sonra Azərbaycanın Milli qəhrəmanlarının sayı 222 nəfərə çatıb.
Trivunainfo.az xəbər verir ki, hazırda Azərbaycanın 222 Milli Qəhrəmanından 15 nəfəri sağdır.
Sağ olan Milli qəhrəmanların adlarını təqdim edirik:
1. Bəxtiyar Allahverdiyev
2. İntiqam Atakişiyev
3. Rövşən Əkbərov
4. Vahid Quliyev
5. Mirzə Quliyev
6. Şahin Tağıyev
7. Fəxrəddin Cəbrayılov
8. Ehtiram Əliyev
9. Fariz Qəhrəmanov
10. Mədət Quliyev
11. Zabit Quliyev
12. Fariz Mədətov
13. Mövsüm Məmmədov
14. Sahil Məmmədov
15. İbad Hüseynov.