Azərbaycanın Mili Qəhrəmanı Mübariz İbrahimovun həyatı haqqında film çəkiləcək.
Bu barədə TİA.AZ Türkiyə mətbuatına istinadən məlumat verir.
Məlumata əsasən, filmin çəkilişlərinə yaxın vaxtlarda başlanacaq.
Türkiyənin “Rend Medya” şirkəti tərəfindən çəkiləcək filmdə azərbaycanlı və türkiyəli aktyorlar rol alacaq.