Milli Qəhrəman Hökümə Əliyevanın portretini çəkən məktəbli qalib oldu – Foto

Milli Qəhrəman Hökümə Əliyevanın portretini çəkən məktəbli qalib oldu – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Binyamin Art Gallery” fevralın 2-də “Səmadakı qəhrəmanlar” sərgisi keçirib. Tribunainfo.az məlumat verir ki, sərgidə iştirak edən rəssamlardan qaliblər təltif olunub. Qaliblər sırasında Lənkəran şəhər 2 saylı orta məktəbin istedadlı rəssamı Zəhra Quliyeva da var. O, Milli Qəhrəman Hökümə Əliyevanın portretini müsabiqəyə təqdim edib və üçüncü yerin sahibi olub. Müsabiqədə ilk iki yeri tutanlar isə Milli Qəhrəman pilotlarımızın şəklini çəkən rəssamlardır.
Qeyd edək ki, AZAL-a məxsus təyyarə Qroznı səmasında vurulub, sonra enişinə icazə verilmədiyi üçün hava gəmisi Aktauya yönləndirilib. Təyyarənin Qazaxıstanda qəza etməsi nəticəsində 38 nəfər həlak olub. Təyyarənin kapitanları və sərnişinləri “hər şey yaxşı olacaq” deyərək sakitləşməyə çağıran Hökümə Əliyeva ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.