backend

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevral ayının  11-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Nəsimi rayon YAP Qadınlar Şurasının sədri Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı bir qrup fəal gənclərlə Qusarda Milli 

Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar. 

Fevral ayının  11-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Nəsimi rayon YAP Qadınlar Şurasının sədri Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı bir qrup fəal gənclərlə Qusarda Milli 

Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar.

Əvvəlcə Milli Qəhrəmanın Qusarın Şəhidlər xiyabanındakı qəbri ziyarət olunub, ruhuna dualar oxunub.

Daha sonra şəhid Çingiz Qurbanovun orta təhsil aldığı Həzrə kənd tam orta məktəbin kollektivi ilə görüş olub. Milli Qəhrəmanın müəllimləri onun haqqında xatirələrini bölüşüb, Çingizin çalışqan və tərbiyəli şagird olduğunu diqqətə çatdırıblar. Deyiblər ki, Ç.Qurbanov hərbi dərslərə marağı ilə seçilirdi, “Şahin” hərbi-idman oyunlarında məktəb komandasının əsas üzvlərindən biri idi.

 

Məktəbdə keçirilən görüşdən sonra Milli Qəhrəmanın ailə üzvləri ziyarət olunub. Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib.

Tədbir zamanı qeyd olunub ki, Azərbaycanın hər yerində Çingizin qəhrəmanlığından, onun Vətən sevgisindən danışılır. İndi Qusarın Həzrə kəndi haqqında bütün ölkə vətəndaşlarının xəbəri var. Prezident İlham Əliyev Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi. Çingiz kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.

Sonda gənclər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəhidin ailəsinə təqdim olunan Çingiz Qurbanovun Milli Qəhrəman ordeni ilə tanış oldular.

Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da düşmənlə qeyri-bərabər döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.