Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub.
Tribunainfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq.
Həmin vəsaitin 29 500 129 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 245 478 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə, 40 min manatı beynəlxalq telefon danışıqlarına, 135,362 manatı internet xidməti haqqının ödənilməsinə, 121040 manatı ölkədaxili ezamiyyətlərə, 2300000 manatı xarici ezamiyyətlərə, 26400 manatı kirayə haqqına və digər xərclərin ödənilməsinə yönəldiləcək.