Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.
Trubinainfo.az xəbər verir ki, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib.
Spiker bildirib ki, payız sessiyasında 19 plenar, 130 komitə iclası keçirilib, 84 qanun, 41 qərar qəbul edilib.
Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.