Milli Məclisin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.
Bu barədə TİA.AZ-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O, bildirib ki, iclasın gündəliyinə 27 məsələ daxildir.
“Bunlar Milli Məclisin İntizam Komissiyasının, Hesablayıcı Komissiyasının yenidən təşkil edilməsi, Milli Məclisin 2017-ci il üçün yaz sessiyasının qanunverici İşlər Planının təsdiq edilməsi, bir sıra sazişlərin təsdiq edilməsi, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “İnformasiya əldə etmək haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında”, “Qrant haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Aviasiya haqqında”, “Gömrük tarifi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Reklam haqqında” qanunlarına dəyişiklik layihələridir”.
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, yaz sessiyası fevralın 1-dən mayın 31-dək davam edir.