“Azərbaycan parlamentinin Aparatı buraxılıb”.
Bunu Report-a Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər.Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.
Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub.Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb.
Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.