Milli Məclisdə iki yeni sektor müdiri təyin olunub.
Tribuna xəbər verir ki, bu barədə məlumat Milli Məclisin rəsmi internet səhifəsində qeyd edilib.
Cahid Yusif oğlu Məmmədov Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri vəzifəsinə, Ramin Ramiz oğlu Cəlilov isə Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsinə təyin edilib.
Yeni təyinatlarla bağlı müvafiq əmr imzalanıb.










