Milli Məclis 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Tribunainfo.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.
O bildirib ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin”.
Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.