Azərbaycan Respublikası Milli Məclisi dəftərxana, təsərrüfat, mətbəə və bir sıra malları almaq üçün 102 000 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, qanunverici orqan bu məqsədlə “Nur-E.A.” MMC ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, alınacaq mallara 50 ədəd dəmir korpuslu kağızkəsən bıçaq, 30 min zərf, 300 fayl və 2000 A4 kağızı daxildir.
Qeyd: Nizamnamə kapitalı 5 000 AZN olan şirkətin qanuni təmsilçisi Etibar Bahadur oğlu Abbasovdur. MMC bir sıra qurumların elan etdiyi tenderlərin qalibi olub. Buraya AQTA, DSX, Maliyyə Nazirliyi, Qarabağ İqtisadi Rayonunda Bərpa Tikinti və İdarəetmə Xidməti daxildir.