backend

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclası başa çatıb. 

Milli Məclisin bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclası başa çatıb.

TİA.AZ xəbər verir ki, iclasın sonunda Azərbaycan Milli Məclisi adından 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət səsləndirilib.

Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub.

Müraciətdə qarşıdan gələn bayramlarla əlaqədar dünya azərbaycanlıları təbrik edilir.

Bildirilir ki, Azərbaycanın regionda və dünyada artan gücü dünya azərbaycanlılarının daha da həmrəy olmasında əsas faktordur:

“Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və güclü Azərbaycan dövləti daim dünyadakı azərbaycanlıların yanındadır”.

Spiker Oqtay Əsədov deyib ki, 2016-cı ildə Milli Məclis 10 iclasda 195 qanun və qərar qəbul edib:

“Milli Məclis, cənab Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın əsasları və Strateji Yol Xəritələrinin hazırlanması, həyata keçirilməsi ilə bağlı olaraq, öz köməyini ifadə edib. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak ediblər. Bu il həmçinin biz, 2 beynəlxalq təşkilatda öz iştirakımızı bərpa etdik. Sessiya ərzində 24 ölkəyə 50-dən çox nümayəndə heyəti səfər etdi. Deputatlar bir çox ölkələrin parlament, prezident seçkilərində iştirak etdilər. Bu sessiyada 40-dan çox ölkənin 50-yə yaxın nümayəndə heyəti Azərbaycana təşrif buyurublar. Biz Milli Məclisdə 2 mühüm tədbir keçirdik”.

O.Əsədov qeyd edib ki, Azərbaycan 2016-cı ili uğurla başa vurub:

“Xalqın maraqları və tələbləri üzərində qurulan siyasətə görə, cənab prezidentə hamımızın adından minnətdarlıq bildirirəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə cənab prezidenti və ailə üzvlərini səmimi qəlbdan təbrik edirik. Dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzu edirik”.

Sonda müraciət səsə qoyularaq qəbul olunub.

İclas Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə bağlı elan edilib.