“Milli irsin təbliği” layihəsinin icrası yekunlaşdı – FOTObackend

“Milli irsin təbliği” layihəsinin icrası yekunlaşdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDTİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant maliyyəsi əsasında qalib seçildiyi “Milli irsin təbliği” layihəsinin icrasını başa çatdırdı. Xatırladırıq ki, layihənin icrası Bakı şəhəri Hatəm İskəndərov adına 206 saylı tam orta məktəbdə həyata keçirildi.

Beşinci təlimlə yekunlaşan tədbir mərasimi ənənəvi olaraq Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlandı. Yekun-təlimi giriş sözü ilə açan DMDTİB sədri və layihənin rəhbəri Əli Cəfərov bir daha bu ümummilli mövzunun

ərsəyə gətirilməsinin məqsəd-məramını pedaqoji personalın və məktəb şagirdlərinin diqqətinə çatdırdı, onun əhəmiyyətinin onillərə, yüzillərə dayanan vacib bir məsələ olduğunu söylədi.

Sonra bildirdi ki, “layihə çərçivəsində bu gün keçirilən beşinci təlim də daxil olmaqla onlar dövlət simvollarımızın öyrədilməsi məqsədilə təlimlər, şeir müsabiqəsi, disputlar, esse  müsabiqəsi keçirib, dövlət simvollarımız və onların mahiyyəti barədə çeşidli diskussiyalar aparıblar. Bu günki təlimdə onlardan sonuncusu – dövlət rəmzlərimiz və ümumiyyətlə vətənpərvərlik motivli esse yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması prosesi baş tutur”.

Layihə rəhbəri şagirdlərə gələcəyin daha da gözəl, güclü Azərbaycanı naminə uğurlar dilədikdən sonra inşa müsabiqəsi qaliblərinin mükafatlandırılmasına başlanıldı. Şagirdlər bir-bir dəvət olunaraq alqış sədaları altında öz diplomlarını qəbul etdilər.

Bakı şəhəri Hatəm İskəndərov adına 206 saylı tam orta məktəbin direktoru Cavid Cəfərzadə qalibləri təbrik etdikdən sonra Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin üzvləri olan layihə müəllifi və icraçılarına onların məktəbini seçdiklərinə görə təşəkkür etdi və  gələcəkdə də belə ümummilli məsələlərin öyrədilməsi istiqamətində əməkdaşlığa açıq olduqlarını bildirdi.

Yekun-təlimin sonunda layihə rəhbəri Ə.Cəfərov milli dəyərlərimizə diqqət ayırdığına görə bir daha Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin təhsil müəssisəsində keçirilməsinə şərait yaratdığına görə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Bakı Baş Təhsil İdarəsinə minnətdarlıq etdi.

Yekun-təlim alqış sədaları ilə başa çatdı.