Milli Hidrometeorologiya Departamentində “Türk Metcapplus” proqramının yeni versiyası quraşdırılıb

Milli Hidrometeorologiya Departamentində “Türk Metcapplus” proqramının yeni versiyası quraşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində istifadə olunan “Türk Metcap” sistemi ən son versiya olan “Türk Metcapplus” proqramı ilə əvəzlənib.

Nazirlikdən TİA.AZ-a verilən məlumata görə, yeni müasir proqramın tətbiqi ilə bağlı Türkiyənin Meteoroloji Genel Müdürlüyünün mütəxəssisləri departamentdə 3 gün ərzində təlimlər keçirib.

Qeyd edək ki, “Türk Metcapplus” proqramının tətbiqi proqnoz və xəbərdarlıqların keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək.

Yeni versiya ilə gündəlik proqnozların hazırlanmasında faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələrin, rəqəmli modellərin nəticələrindən istifadə olunacaq, davamlı informasiya mübadiləsinə və hər 3 saatdan bir yeniləşən peyk məlumatlarından istifadəyə imkan yaranacaq.