Bu gün futbol üzrə Azərbaycan yığmasının Millətlər Liqasının C divizionunda rəqibləri müəyyən ediləcək.
Tribunainfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qrup mərhələsi formatı
54 komanda Millətlər Liqasının 2022/23-cü illərdəki nəticələrinə görə dörd liqaya bölünüb. Komandalar daha sonra əvvəlki turnirdəki reytinqlərinə əsasən səbətlərə bölünüb.
A, B və C liqalarında dörd komandadan ibarət dörd qrup olacaq. Hər biri öz qrupunda “ev-səfər” prinsipi ilə altı oyun keçirəcək.
D Liqasında üç komandadan ibarət iki qrup formalaşacaq. Hər biri öz qrupunda “ev-səfər” prinsipi dörd oyun keçirəcək.
Səbətlərin tərkibi
Liqa A
1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya
Liqa B
1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan
Liqası C
1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
4-cü səbət: Belarus, Litva/Cəbəllütariq*, Estoniya, Latviya
Liqa D
1-ci səbət: Litva/Cəbəllütariq*, Moldova
2-ci səbət: Malta, Andorra, San Marino, Lixtenşteyn
*2024-cü ilin martında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Ermənistan (C liqası, 1-ci səbət) və Azərbaycan (C Liqası, 2-ci səbət) yığmaları eyni qrupda yer ala bilməzlər.
20 potensial cütdən dördü uçuş müddəti baxımından ən çətin kimi müəyyən edilib. Onların hamısı B Liqasına aiddir: Qazaxıstan (4-cü səbət), İngiltərə (1-ci səbət), İslandiya (2-ci səbət), İrlandiya (3-cü səbət), Uels (1-ci səbət).
Qrupda maksimum bir belə cüt ola bilər. Beləliklə, Qazaxıstan İngiltərə, İrlandiya və Uels komandalarndan yalnız biri ilə eyni qrupa düşə bilər.
Millətlər Liqasının təqvimi 2024/25
1-ci tur: 5−7 oktyabr 2024-cü il
2-ci tur: 8−10 oktyabr 2024-cü il
3-cü tur: 10−12 oktyabr 2024-cü il
4-cü tur: 13−15 oktyabr 2024-cü il
5-ci tur: 14−16 noyabr 2024-cü il
6-cı tur: 17−19 noyabr 2024-cü il
Pley-off oyunları: 20−25 mart 2025-ci il
A Liqası 1/4 final: 20−25 mart 2025-ci il
Final turniri: 4−8 iyun 2025-ci il
2024/25 Millətlər Liqasında dəyişikliklər
UEFA-nın məlumatına görə, Millətlər Liqasının formatına 2025-ci ilin martında keçiriləcək oyunlarla yeni pley-off mərhələsi əlavə olunacaq. Bu, noyabrda başa çatacaq qrup mərhələsi ilə iyunda keçiriləcək final mərhələsi arasında əlaqə yaradacaq.
A Liqasının qruplarında qaliblər və ikinci yerlərin sahibləri 1/4 finalda evdə və səfərdə oynayacaq, ən güclü dörd komanda final mərhələsinə yüksələcək.
A və B liqalarında dördüncü yeri tutanlar müvafiq olaraq avtomatik B və C liqalarına düşəcəklər. C Liqasında dördüncü yeri tutan ən aşağı nəticələrə sahib iki yığma D Liqasına düşəcək.
B və C Liqalarının dörd qrup qalibi, eləcə də D Liqasının iki qrupun qalibi müvafiq olaraq A, B və C Liqalarına yüksələcəklər.
A Liqası qruplarında üçüncü yerləri və B Liqası qruplarında ikinci yerləri, eləcə də B Liqası qruplarında üçüncü yerləri və C Liqası qruplarında ikinci yerləri tutmuş komandalar yüksəliş/düşmə üçün pley-off oyunlarında evdə və səfərdə oynayacaqlar.
Həmçinin C Liqasında dördüncü yeri tutan iki ən yaxşı yığma ilə D Liqasında ikinci yeri tutan iki komanda arasında pley-off oyunları keçiriləcək.