Ötən gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində səkkiz görüş keçirilib.
Tribunainfo.az xəbər verir ki, ikinci oyun günündə Belçika İsrail ilə, Fransa İtaliya ilə, Qazaxıstan Norveç ilə, İslandiya Monteneqro ilə, Sloveniya Avstriya ilə, Uels Türkiyə ilə, Latviya Kipr ilə, Kosovo isə Rumıniya ilə qarşılaşıb.
A Liqasında İtaliya Fransanı, Belçika isə İsrailli 3:1 hesabı ilə məğlub edib.
B Liqasında Türkiyənin seçməsi səfərdə Uelslə qarşılaşıb. Matçın son yarım saatını azlıqda keçirən “ay-ulduzlular” evə 1 xalla dönüblər.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur
6 sentyabr
A Liqası, 2-ci qrup
Fransa – İtaliya 1:3
Belçika – İsrail 3:1
B Liqası, 3-cü qrup
Qazaxıstan – Norveç 0:0
Sloveniya – Avstriya 1:1
B Liqası, 4-cü qrup
Uels – Türkiyə 0:0
İslandiya – Monteneqro 2:0
C Liqası, 2-ci qrup
Litva – Kipr 0:1
Kosovo – Rumıniya 0:3