Dünən prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dünən prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev TİA.AZ-a bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanını çox yüksək qiymətləndirir: “Möhtərəm, cənab prezidentin həmişə, hər an məcburi köçkün və qaçqınlarla bağlı mövqeyi müsbət olub. Təəsüflər olsun ki, müəyyən məmurlar kifayət qədər öz vəzifə borclarına ciddi yanaşmırlar və nəticədə müəyyən problemlər yaranır. Qaçqınlar və məcburi köçkünlərə, onların şəraitinə möhtərəm cənab Prezident həmişə diqqətlə yanaşıb və bu çox vacibdir. Düşünürəm ki, gələcəkdə aidiyyatı məmurlar öz vəzifə borclarına kifayət qədər uğurla yanaşmağı bacararlar”.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü, millət vəkili Həvva Məmmədova bildirdi ki, Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra qaçqınlar və məcburi köçkünlər bundan sonra qayğı və diqqətlə əhatə olunublar: “1988-ci ildən başlayaraq məcburi köçkünlərin başına bu hadisələr gəldi, Qarabağ hadisələri başladı. 1993-cü ilə qədər öndərimiz hakimiyyətə gələnə qədər qaçqın və məcburi köçkünlər sanki ortalıqda qalmışdılar, vəziyyətləri çox ağır idi. Yəni qaçqınlara diqqət və qayğının əsası Heydər Əliyev tərəfindən qoyuldu. Heydər Əliyev həm qaçqınlara siyasi qiymət verdi, həm də ən çox faciəyə düçar olan Xocalıya qiymət verdi. Bu həftə Xocalı həftəsidir, bu faciədən 25 il keçir. Bütün bu hadisələrin hamısına diqqəti ancaq Heydər Əliyev yaratdı, ondan sonra isə onun kursunu cənab Prezident İlham Əliyev layiqlə davam etdirir. İlham Əliyev 2003-cü ildə Prezident seçilən zaman onun bir çıxışını heç bir məcburi köçkün unutmur. O, çıxışında bildirdi ki, 2007-ci ilə qədər mənim ilk Prezidentliyim dövründə bütün çadır şəhərcikləri ləğv ediləcək. Həqiqətən 2007-ci ildə bütün çadır şəhərcikləri ləğv edildi. Statistikadan səhv etmirəmsə, 82 -92 məcburi köçkün böyük infrastruktura malik qəsəbələrə köçürüldü. Ermənistan öz xalqına, öz millətinə qarşı belə bir səviyyə ortaya qoyubmu? Heç vaxt. Məcburi köçkünlər bu günə qədər Prezidentin qayğısı ilə əhatə olunubdu. Heç bir müqayisəyə gələcək səviyyədə, nəzərə çarpacaq dərəcədə ikinci belə bir Prezident görmürəm ki, öz köçkününə bu qədər diqqət göstərsin. Heydər Əliyev hakimiyyətə gələndən sonra nazirlərə və məmurlara ilk tapşırığı o oldu ki, bütün bayramlarda ilk sovqatlar məcburi köçkünlərə aparılsın. Əlbəttə ki, bu gün də biz bu diqqəti, qayğını cənab Prezidentdən görürük. Məcburi köçkünlərin arxalandığı yeganə insan onun Prezidentidir. Məcburi köçkünün daim üz tutduqları insan ölkə Prezidenti- Ali Baş Komandandır. Bu gün Ali Baş Komandan müharibə əmri verərsə, ön sırada gedən ilk məcburi köçkün olacaqdı. Prezidentimizin bu fərmanını alqışlayıram və hesab edirəm ki, bütün məcburi köçkünlər bu fərmanı alqışlayır və Prezidentimizə böyük minnətdarlığımızı çatdırırıq”.
Nilufər