Millət vəkilinin ailəsindəki faciənin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili, professor Musa Qasımlının bacısı qızı Xalidə Rzayevanın öldüyü qəzanın bəzi təfərrüatları məlum olub.

 

Millət vəkili, professor Musa Qasımlının bacısı qızı Xalidə Rzayevanın öldüyü qəzanın bəzi təfərrüatları məlum olub.

TİA.AZ Bakupost.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə törətdiyi qəza zamanı 4 piyada vurulub. Vurulan 2 qadın hadisə yerindəcə keçinib, 2 kişi isə ağır bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən Xalidə Rzayeva və Sahibə Səfərli qəza zamanı nəqliyyat vasitəsinin altında qalıb. Avtomobil onları 70-80 metr sürüyüb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadınları xilas etmək mümkün olmasa da, vurulan digər 2 piyada xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Millət vəkilinin bacısı qızı X.Rzayevanın 52 yaşı varmış. O, işdən evə dönərkən bədbəxt hadisə ilə üzləşib.

Qeyd edək ki, hadisə oktyabrın 8-də, saat 20:00 radələrində qeydə alınıb.

Sumqayıt ŞPİ tərəfindən faktla bağlı araşdırma aparılır.