Millət vəkilindən generala SƏRT SÖZLƏR: “Balalarını tərbiyə et”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucovun oğlu dünən həbs olunub. N.Orucov isə Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucovun oğlu dünən həbs olunub. N.Orucov isə Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Nazirlər Kabinetinin bu gün keçirilən iclasında İlham Əliyev həmişəki kimi, yenə də, məmurlara xalqa qarşı davranışlarında diqqətli olmaları barədə xəbərdarlıq edib.

Publika.az-a danışan millət vəkili Fazil Mustafa Prezidentin bu addımını yüksək qiymətləndirib və qeyd edib ki, profilaktik baxımdan çox önəmlidir: “Burada həm də bir çox məmurların vəzifəsinin mahiyyətini anlamamasından söhbət gedir. Yoxsa hər kəs belə özbaşınalıq etsə, ölkədə xaos olar, qanun işləməz. Təsəvvür edin ki, əvvəllər də oxşar səbəbdən məhkum olunmuş şəxs həbsdən çıxır və yenə də eyni əməli törədir. Xoşuna gəlmədi deyə avtobus sürücüsünü döyür. Bu, heç bir məntiqə sığmayan davranışdır. Hansısa bir məmur öz sahəsində yaxşı bir mütəxəssis ola bilər. Amma yaxşı bir məmur, eyni zamanda yaxşı bir vətəndaş yetişdirməlidir. Hər kəs bir balaca vəzifə əldə edən kimi övladını bu cür uyğunsuz formada cəmiyyətə buraxacaqsa, dəhşətli vəziyyət yaranar”.

Millət vəkili N.Orucovun bu gün mətbuata verdiyi açıqlamaya toxunaraq generala xitabən bunları deyib: “Balalarını qurban vermə, balalarına tərbiyə ver. Elə bunun özü prezidentə ən böyük xidmətdir. Kimliyindən asılı olmayaraq, başqa insanların həyatı üçün təhlükə yaradırsansa, sərt addımlar atılmalıdır”.