backend

MİLLƏT VƏKİLİ:”İKİ KÖRPƏNİ YETİM QOYAN O “UŞAQ”…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakıxanov qəsəbəsində “Porsche Cayenne Magnum” markalı avtomobillə iki uşaq anasının həyatına son qoyan qəzayla bağlı millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə belə bir münasibət bildirib:    

Dünən Bakıxanov qəsəbəsində “Porsche Cayenne Magnum” markalı avtomobillə iki uşaq anasının həyatına son qoyan qəzayla bağlı millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə belə bir münasibət bildirib:  


“Bir az öncə çox bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və s. həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə ata-analar öz övladlarını necə bədbəxt edirlər deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb, məktəbə göndərən atadır. İlk öncə 24 yaşlı gənc ananın ölümündə günahkardır. Yaşı çatmayan və sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir. Bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk öncə suçlu olanda odur. Bu uşağın sənədsiz şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa, hansı addımlardır? İctimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək. Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təssüf, qınaq və hiddət hissi keçirirəm. Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə, heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu, onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb, doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tərbiyəsinə… Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksi nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki ədalət də yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasız, yetim qoyan o “uşaq” bir ömür vicdan əzabı cəzası çəkəcəklər.

P.S. Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur!”

İlahə