Şotlandiyadan olan müstəqil millət vəkili Mişell Tomsonun Böyük Britaniya parlamentində etdiyi çıxış şok yaradıb.
Şotlandiyadan olan müstəqil millət vəkili Mişell Tomsonun Böyük Britaniya parlamentində etdiyi çıxış şok yaradıb.
TİA.AZ xəbər verir ki, o, təcavüzə uğradığını çıxışı zamanı ilk dəfə olaraq açıqlayıb:
“Mən 14 yaşında olarkən, təcavüzə uğramışam və bunu ilk dəfədir ki, açıqlayıram. İndi 51 yaşım var, ancaq gənclik illərimdə cinsi istismara məruz qalmışam. İndiyədək təcavüzə məruz qaldığımı nə valideynlərim nə dostlarım, nə də polis bilib. Bəlkə də utandığım üçün bunu heç kəsə söyləmədim. Ancaq bu gün özümdə cəsarət tapıb həyatımın 37 illik sirrini ilk dəfə sizlərə açıqladım. Amma indi mən qurban deyiləm, bununla sərt mübarizə aparan döyüşçüyəm”.
Qeyd edək ki, şotland millət vəkilinin bu çıxışı Böyük Britaniya parlamentinin üzvlərini sükuta qərq edib. Hətta, zalda olan Böyük Britaniya parlamentinin sözçüsü Jon Berkov şotland millət vəkilinin bu çıxışına görə göz yaşlarını saxlaya bilməyib.