MİLLƏT VƏKİLİ TƏBİİ FƏLAKƏT ZONASINDA -FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva təbii fəlakətin zərər vurduğu Qədirli vəCilovdarlı kəndlərində sakinlərlə görüşüb, onların qayğılarını dinləyib. 

Millət vəkili Qənirə Paşayeva təbii fəlakətin zərər vurduğu Qədirli vəCilovdarlı kəndlərində sakinlərlə görüşüb, onların qayğılarını dinləyib.

TİA.AZ xəbər verir ki, millət vəkili güclü dolu və yağışın zərər vurduğu TovuzunQədirli və Cilovdarlı kəndlərini ziyarət edib, evlərə baş çəkib, sakinlərləs öhbət edib. Evlərinin dam örtüyünün yararsız vəziyyətə düşməsini göstərən bir çox sakinlər millət vəkilinə və Tovuz rayon icra hakimiyyəti rəsmilərinə bildiriblər ki, güclü dolu nəticəsində yağacaq adi bir yağış evlərinin içərisini də ağır vəziyyətdə qoya bilər. Kənd təsərrüfatı məhsulları əkib-becərməklə dolandıqlarını deyən kənd sakinləri güclü dolunun əkinlərinə də böyük zərərvurduğunu deyərək, ən azı evlərinin dam örtüyünün düzəlməsi istiqamətindəd övlət qurumlarından dam örtüyü üçün şifer materiallarla dəstək göstərilməsinixahiş ediblər. Bir sıra maddi imkanları ağır ailələrə baş çəkən millət vəkili Q.Paşayeva bildirib ki, məsələ ilə bağlı Tovuz rayon icra hakimiyyəti başçısıvə millət vəkili olaraq o, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə vəziyyətlə bağlı məlumat veriblər və kömək göstərilməsini xahiş ediblər. Millət vəkili Q.Paşayeva sakinlərlə görüşündə evlərini təcili sığortalamağa çağırıb və bunun nə qədər vacib olması ilə bağlı onlara geniş bilgilər verib və müzakirələr aparıb. Q.Paşayeva Qədirli və Cilovdarlı kəndlərini ziyarət zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq, Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllinitapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardımaehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı, onları narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlə rbarədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili eyni zamanda hər iki kənddə bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.









 

İlahə