Millət vəkili sakinlərin qayğısına qaldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini gəzərək sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq addımlar atıb. 

Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini gəzərək sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq addımlar atıb.

TİA.AZ xəbər verir ki, sakinlər millət vəkilinə daha çox övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsi, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı müraciət ediblər.

O, fiziki imkanları məhdud insanların müraciətləri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb.

Bundan başqa təhsil, elektrik, su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub və millət vəkili onların da həlli istiqamətində müvafiq qurumlarla danışıb.
 

Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı, onları narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib.

Millət vəkili kəndlərdə şəhid ailələrinin, müharibə əlillərinin, sağlamlıq imkanları məhdud şəxslərin ailələrini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.