Millət vəkili: “Qanuna səs verdim, nə yazıldığını başa düşmədim”

Millət vəkili: “Qanuna səs verdim, nə yazıldığını başa düşmədim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Milli Məclisdə bəlkə də qrammatika şöbəsinin yaradılmasına ehtiyac var, çünki bir sıra qanunların dilini başa düşmək olmur”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məlisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Tahir Kərimli bildirib. T. Kərimli deyib ki, keçən dəfə parlamentdə tibblə bağlı bir qanun qəbul edilib: “Mən o qanuna səs verdim, ancaq qanunda nə yazıldığını tam başa düşmədim. Bu məsələyə diqqət artırılmalıdır”.