Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzun Ağdam kəndində müəllimlərlə, yerli sakinlərlə görüşüb, onlara bayram hədiyyələri təqdim edib, qayğı və problemləri ilə maraqlanıb.
Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzun Ağdam kəndində müəllimlərlə, yerli sakinlərlə görüşüb, onlara bayram hədiyyələri təqdim edib, qayğı və problemləri ilə maraqlanıb.
TİA.AZ xəbər verir ki, görüşdə sakinləri narahat edən məsələlər dinlənilib və onların həlli yolları müzakirə edilib.
Q.Paşayeva gənclərə kitablarını hədiyyə edib.
Milli Məclisin deputatı, həmçinin Əlibəyli, Xatınlı, Düzə Qırıqlı, Alakol kəndlərində də olub, sakinlərin bayramını təbrik edib, qayğı və problemləri ilə maraqlanıb. Sakinlərlə görüşdə o, Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin həlli istiqamətində iş aparacağını bildirib.