Millət vəkili olsam belə Qusarda yaşayacağam….Rəşad Aslanov seçicilərlə görüşdü-Fotolar-Videobackend

Millət vəkili olsam belə Qusarda yaşayacağam….Rəşad Aslanov seçicilərlə görüşdü-Fotolar-Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində 61 saylı  Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Aslanovun təbliğat-təşviqat kampaniyası davam edir.

61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 16-də Qusar rayonu Nəcəfkənd, Yuxarı Tahircal, Zuxul,  Xuluq, və Gilah kəndlərində  seçicilərlə görüş keçirib.

Deputatlığa namizəd, ehtiyatda olan polkovnik Rəşad Aslanov seçki platforması və deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində seçicilərinə məlumat verib. O qeyd edib ki, ilk dəfədir ki, parlament seçkilərinə namizəd olaraq qatılır: “Mən özüm Sizlərdən biriyəm artıq xidmətimi başa vurub doğma Qusarımızda yaşayıram. Seçkilərdə Sizlər qalib gələrəcəksiniz.  Mən Qusarda yaşayacağam Bakıda sadəcə iclaslara və tədbirlərə qatılacağam.  Mən daim sizlərin yanında olacağam. Sizlərin mənə doğma münasibəti yaranıb. Mənə göstərilən belə hörmətə qarşı bundan sonra həyatımı Qusarımızn daha da inkişaf olunmasına sərf edəcəm  Artıq ucqar kəndlərdədə görüşlər keçirmişəm.Təbliğat-təşviqat zamanı  minlərlə əziz və doğma qusarlıların dəstəyini görürəm  Çox qürurverici haldır ki, ağsaqqalarımız, ziyalılarımız da bizi dəstəkləyir. Bu, bizim üçün böyük şərəfdir” – deputatlığa namizəd deyib.

Ona uğurlar arzu edən seçicilər seçkilərdə iştirak edəcəyini və Rəşad Aslanovu dəstəkləyəcəyini bildiriblər.

Qərargahdan bildirirlb ki, seçicilərlə görüşlər davam edəcək.