Millət vəkili nüfuzlu şirkəti Bakıya dəvət etdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva ABŞ-ın “My Med Choices” şirkətinin təsisçisi və baş direktoru Meri Şreyber, “İntel” şirkətinin vitse-prezidenti Rosalind Hadnell və Meksikanın Peşəkar İşgüzar Qadınları Beynəlxalq Federasiyasının prezidenti Yasmin Darviçlə görüşüb. 

TİA.AZ xəbər verir ki, görüşdə qarışılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edib.

Millət vəkili Qənirə Paşayeva görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etdiyini barədə məlumat verib.

Q.Paşayeva görüşün sonunda ABŞ və Meksikanın fəal xanımlarını ölkəmizə dəvət edib.