MİLLƏT VƏKİLİ DÜZ QIRIQLIDA SƏFƏRDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva Düz Qırıqlıda sakinlərlə görüşüb vəmüəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verib. 

Millət vəkili Qənirə Paşayeva Düz Qırıqlıda sakinlərlə görüşüb vəmüəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verib.

TİA.AZ  xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuzun ən böyük kəndlərindənolan Düz Qırıqlı kəndini ziyarət edib, sakinlərlə görüşüb, qayğı və problemləriilə maraqlanıb. Millət vəkili sakinlərlə görüş zamanı ona müraciət edənx əstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq, Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.










 

Millət vəkili Qənirə Paşayevahəmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Sakinlər millət vəkili ilə görüşdə ünvanlı sosialyardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciətediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla müzakirələraparıb. Sakinlər özəlliklə iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini dədeyib. Millət vəkili Qənirə Paşayeva Tovuzda şəhid Nağı Əmiraslanov adına Düz Qırıqlı kənd orta məktəbinin müəllimlərinin müraciəti əsasında məktəbi də ziyarət edib, müəllimlərlə görüşüb, onların müraciətlərini yerində dinləyib.Müəllimlər və valideynlər Təhsil Nazirliyi tərəfindən məktəbin bağlanması,müəllim və şagirdlərin digər məktəbə köçürülməsi ilə bağlı verilən qərarla bağlı onları narahat edən bəzi məqamlarla bağlı fikirlərini bildiriblər. TəhsilNazirliyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə nazirlik rəsmiləri müəllim və valideynləri narahat edən suallara aydınlıq gətirib, geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva müəllim və valideynləri narahat edən məqamlarla bağlı Təhsil Nazirliyinin rəhbər şəxslərinə təkrar müraciət edib,müzakirə aparılıb. Onlar bildiriblər ki, müəllimləri və valideynləri narahat edən bütün məsələlərin öz həllini tapması üçün addımlar atılacaq.

 

İlahə