MİLLƏT VƏKİLİ: “DƏLİLƏRCƏ SEVDİM BU PEŞƏNİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jurnalistika bir başqadır. Bu peşədə nə rəsmi ad almaq, nə də rəsmi mükafat almaq üçün çalışdım. Nə Əməkdar jurnalist, nə də digər ad və mükafatlara sahib olmadım heç zaman. Sadəcə jurnalist Qənirə Paşayeva oldum”. 

“Jurnalistika bir başqadır. Bu peşədə nə rəsmi ad almaq, nə də rəsmi mükafat almaq üçün çalışdım. Nə Əməkdar jurnalist, nə də digər ad və mükafatlara sahib olmadım heç zaman. Sadəcə jurnalist Qənirə Paşayeva oldum”.


TİA.AZ xəbər verir ki, bu sözləri Millət vəkili Qənirə Paşayeva deyib.

“Bundan heç zaman narazı olmadım. Çünki jurnalistika mənim üçün eşqdir.
Sadəcə dəlilərcə sevdim bu peşəni. Gücümün çatdığı qədər bu önəmli peşənin haqqını verə bilmək üçün çalışdım. İddialı olmadım, iddialı danışmadım, sadəcə işimi yaxşı yerinə yetirə bilmək üçün çalışdım gecə-gündüz. Ondan ayrılışım da asan olmamışdı. Əslində tamam ayrıla da bilmədim heç bir zaman.

Bu gün Milli Mətbuatın yaranmasının 142-ci ildönümünüdür. Bütün vicdanlı, işini layiqincə yerinə yetirən, jurnalist və jurnalistikanın adını ucaldan dostları təbrik edirəm və o zamanlar hər zaman özüm üçün dilədiyim və dua etdiklərimi onlar üçün də diləyirəm.
Hər zaman Dövlətin, Millətin yanında olmağı, ədalətin yanında olmağı, yalandan, şər-böhtandan uzaq durmağı və sözə heç bir zaman xəyanət etməməyi diləyirəm! Bayramınız mübarək əziz jurnalistlər! Bu çətin amma şərəfli, gözəl peşədə hamınıza böyük uğurlar və insanların sevgisini, güvənini, etimadını, inamını daha da çox qazana bilməyi diləyirəm! Siz hər zaman mənim üçün dəyərli həmkarlarım olacaqsınız! Təbriklər!”.


İlahə