Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün təşkilatın Büro üzvü qismində bu gün Danimarkanın paytaxtı Kopenhagena səfər edəcək.
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün təşkilatın Büro üzvü qismində bu gün Danimarkanın paytaxtı Kopenhagena səfər edəcək.
TİA.AZ xəbər verir ki, tədbirdə ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.
Deputatımız Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.