MİLLƏT VƏKİLİ: “AZƏRBAYCAN VARLIĞINA GÖRƏ İKİ ŞƏXSƏ BORCLUDUR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fürsət tapıb bu kitabı tamamladım. A. Xeyfenin “Sovet diplomatiyası və Şərq xalqları (1921-1927)” əsərini oxumamın səbəbi Sovet İttifaqının qurulma dönəmində Azərbaycan və başqa respublikalara yönəlik siyasətin detallarını və xarakterini anlamaqdır. 

Fürsət tapıb bu kitabı tamamladım. A. Xeyfenin “Sovet diplomatiyası və Şərq xalqları (1921-1927)” əsərini oxumamın səbəbi Sovet İttifaqının qurulma dönəmində Azərbaycan və başqa respublikalara yönəlik siyasətin detallarını və xarakterini anlamaqdır.

TİA.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Burada ən maraqlısı Türkiyənin Antanta tərəfindən blokadasının yarılmasında Rusiyanın siyasi, iqtisadi və hərbi xarakterli dəstəyinin faktoloji tərəfi ilə tanışlıqdır. Atatürkün Rusiya ilə münasibətlərdə rasional davranışının Türkiyə üçün faydalarını daha dərindən anlamış olursan. Təsəvvür edin ki, bolşeviklərdə hansısa Rusiyayabənzər bir kommunist rejimi qurulması ümidi ilə oradan xeyli yardım alır və Qərb dövlətlərinin təzyiqindən qurtulan kimi, ağıllı manevrlərlə modern dövlət qurmağa yönəlir. Burada daşnakların 1921-ci ildə qiyam yolu ilə Ermənistanda hakimiyyəti ələ keçirməsinin bəzi maraqlı faktları ilə rastlaşırsan. Sovet quruluşu daşnaklara münasibətdə Türkiyəni dəstəkləmək siyasətinə üstünlük verir. Bolşeviklərin xarici siyasətində Çiçerinin aparıcı rolu və çevik qərarlar qəbul etmə qabiliyyəti sadəcə heyrətamizdir. Azərbaycana aid məqamlar da az deyil. Xüsusilə bu əsərdən də aydın olur ki, Azərbaycan xalqının bu günkü varlığına görə minnətdar olacağı iki şəxsiyyətin adını unutmaq olmaz: Nuri Paşa və Kazım Qarabəkir Paşa. Kazım Qarabəkir Paşa Batum və Naxçıvanın qorunması üçün əlindən gələni edir, təəssüf ki, Rusiyanın sərt hədəsi ilə qarşılaşan Türkiyə Batumu Gürcüstana güzəştə getməli olur, ancaq Naxçıvanı Azərbaycan hüdudlarında saxlamaq üçün inadlı bir mübarizə aparır. Sonda Qars müqaviləsi ilə bu bölgənin hüquqi statusunu Azərbaycanın xeyrinə müəyyənləşdirməyə tərəfləri məcbur edə bilir. Bu əsər 1968-ci ildə çap olunsa da, elmi tədqiqat üslubunda obyektivlik yetərli səviyyədədir. Faydalı kitab sayıla bilər”.

İlahə