Millət vəkili Arda Turanla Nigarı müqayisə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Fazil Mustafa Arda Turanla Nigar Camalı müqayisə edib. 

Millət vəkili Fazil Mustafa Arda Turanla Nigar Camalı müqayisə edib.

Fanat.az xəbər verir ki, deputat jurnalistə əl qaldıran futbolçu ilə yol polisini təhqir edən müğənnini tənqid atəşinə tutub.

Qeyd edək ki, Arda Turan Makedoniya ilə oyundan qayıdarkən təyyarədə ailəsi barədə yazı yazmış Bilal Meşe ilə dava edib və onu vurmağa çalışıb. “Avroviziya-2011″in qalibi Nigar Camal isə dünən maşınını saxlayan yol polisi ilə bağlı sosial mediada fikirlərini yazıb və bu zaman təhqiramiz fikilər səsləndirib.

Fazil Mustafanın sosial mediada bununla yazdığı qeydi təqdim edirik:

“Arda Turan adlı Türkiyənin həqiqətən istedadlı futbolçularından biri əleyhinə yazı yazmış yaşlı bir jurnalistə əl qaldırmaqla xeyli nüfuz itirdi. Kim olursan ol, elə davranışlar var ki, cəmiyyət onu sənin hansısa xidmətlərinə də bağışlamır. Olmaz. Tərbiyəli olmağa məhkumsan. Xüsusilə də cəmiyyətin sevdiyi, insanların simpatiyasını qazanan bir insansansa, xüsusilə diqqətli olmalısan. 

İndi baxıram ki, bizdə də Nigar Camal adlı bir Avroviziya qalibi narazı qaldığı yol polisləri haqqında təhqiramiz ifadə işlədib. Anlayıram, polislərin davranışında, rəftarında hüquqa uyğun olmayan epizodlar ola bilər, xanımın haqsız yerə maşınını saxlamaqla əsəbləşdirə də bilərlər, ancaq bunun qarşılığı 102-yə zəng edərək həmin polisin rəftarı barədə bilgi verməkdir. Ölçü götürülmədiyi halda yenə də etik çərçivəni aşmadan neqativ əməl sahibi olan polisin davranışı barədə fikirlərini ictimaiyyətə çatdıra bilərsən. Yoxsa mən bir beynəlxalq yarışın qalibiyəm deyə yol polisinə yönəlik “Qudurublar!” deyə ifadə yazmaq və paylaşmaq heç bir ədəb ölçüsünə uyğun gəlmir. Əslində bu ifadəni ancaq nəyəsə, kiməsə arxayın olan adamlar belə rahatlıqla, məsuliyyətsiz formada işlədə bilərlər. Nə olur olsun, tanınmış insanlar bu cür təhqiramiz ifadələr seçməkdən uzaq durmağa çalışmalıdırlar”.