Yerli dondurma şirkəti olan “Rich S.A” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Dondurma istehsalçısı “Rich.S.A” MMC ilə bağlı işə 26 fevral tarixində Binəqədi rayon Məhkəməsində baxılacaq. İş hakim Vüsal Tağıyevin icraatındadır.
Qeyd edək ki, cərimələnməsi gözlənilən dondurma şirkəti “Rich S.A” MMC məşhur “Millennium” markalı dondurmanın istehsalçısıdır. “RICH S.A” şirkətinin direktoru Əvəz Səfərlidir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən