Yerli dondurma şirkəti olan “Rich S.A” MMC ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şirkətlə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. Bu gün-19 fevral tarixində hakim Vüsal Tağıyevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən dondurma şirkəti “Rich S.A” MMC mışhur “Millennium” markalı dondurmanın istehsalçısıdır. “RICH S.A” şirkətinin direktoru Əvəz Səfərlidir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən